Baş nazirin müavinin bacısı oğlu vəzifəsindən çıxarıldı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) növbəti kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, DQİDK-nin Maliyyə şöbəsinin müdiri Gündüz Məmmədov vəzifəsindən azad edilib.

Ona bir müddət əvvəl vəzifəsindən öz ərizəsi ilə uzaqlaşmış Səfalı Nəzərlinin – DQİDK-nin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası həvalə olunub. G. Məmmədovun Maliyyə şöbəsinə rəhbərlik isə başqa şəxsə tapşırılıb.

AzNews.az