"Biz 20-ci sahə adlanan ərazini istəmirik" "Biz 20-ci sahə adlanan ərazini istəmirik"

İctimai Palatadan meriyaya mesaj

"Biz 20-ci sahə adlanan ərazini istəmirik"



"Necə olur, olsun yürüşü keçirəcəyik". Bunu İctimai Palata Koordinasiya Şurasının üzvü Ədalət Yusubov AzNews.az-ın "qanunsuz aksiya keçirməkdə qərarlısınızmı" sualını cavablandırarkən deyib.

O bildirib ki, İP-in aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı məktuba cavab verilib. Meriya müxalifətə yenə 20-ci sahəni təklif edib:
"Biz 20-ci sahə adlanan ərazini istəmirik. İctimai Palataya parlamentin qarşısında mitinq keçirməyə icazə verilməzsə, formatı dəyişəcəyik".

Onun sözlərinə görə, hazırda mitinqlərlə bağlı Koordinasiya Şurasının iclası gedir: "Gələcəkdə mitinqlərin keçirilməsi, piketlərin təşkil edilməsi kimi məsələlər müzakirə olunur".

Xatırladaq ki, İctimai Palata oktyabrın 13-də aksiya keçirmək qərarı verib. Mitinq yürüşün tələbi parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidır. Yürüş keçmiş Əzizbəyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur.

İlkin Pirəli
AzNews.az