İctimai Palata müxalifətin mitinqindən xəbərsizdir

Gülağa Aslanlı: “Fəvvarələr meydanında mitinq keçirməyəcəyik”



Pənah Hüseyn: "Bu barədə İP-in qərarı yoxdur"


Məlumata görə, müxalifət "Parlament buraxılsın" tələbi ilə fəvvarələr meydanında yürüş keçirəcək. Bu barədə müxalif gənclər "facebook" sosial şəbəkəsində yürüşlə bağlı tədbir təşkil ediblər. Aksiya 20 oktyabr saat 15-də Fəvvarələr meydanında keçiriləcək.

Bu yürüşün keçirilməsindən İctimai Palata xəbərsizdir. İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn AzNews.az-a açıqlamasında deyib ki, həmin aksiya barədə məlumatı yoxdur: "Sosial şəbəkələrdə aksiya xəbərləri bizə aid deyil. Çünki biz əvvəlcə müzakirə etməliyik".
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı da oktyabrın 20-də aksiya keçirilməsindən xəbərsiz olduğunu bildirib: "Aksiya barədə məlumatım yoxdur. Biz oktyabrın 20-də deyil, 13-də keçirməyi planlaşdırırıq. Bu müzakirə olunacaq və qərar veriləcək".

Başqan müavini qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onlara yer verməməkdə qanunsuzluq edib: "Biz həm də buna etiraz edirik. 20-ci sahə bizə lazım deyil".

İlkin Pirəli
AzNews.az