Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi start götürdü Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi start götürdü

İsmət Abbasov idarə rəisini işdən qovdu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi start götürdü



Dünən axşam saatlarında Kənd Təsərrüfatı ( KT) Nazirliyinin kollegiyası keçirilib. Kollegiyanın iclasında nazir İsmət Abbasov və KT nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova iştirak ediblər.

AzNews.az-a daxil olan məlumata görə, iclas zamanı baş verən nöqsanlar və həyata keçirilən işlər barədə müzakirələr aparılıb. İclas gərgin atmosferdə keçirilib.

İşində yol verdiyi nöqsanlara görə, Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Rəşid Abbasov və onun müavini Aslan Aslanov vəzifəsindən uzaqlaşdırıb.

İlkin Hüseynli
AzNews.az