Müsavat Partiyasının üzvü Vurğun Əyyub partiyadan xaric edilib. Onun xaric edilməsinə səbəb kimi qurumun iclaslarına qatılmadığı, qərarlara tabe olmadığı, üzvlük haqqını ödəmədiyi göstərilib. Müsavat Partiyasının üzvü Vurğun Əyyub partiyadan xaric edilib. Onun xaric edilməsinə səbəb kimi qurumun iclaslarına qatılmadığı, qərarlara tabe olmadığı, üzvlük haqqını ödəmədiyi göstərilib.

İbadoğludan Müsavatdakı son olaya sərt reaksiya: “Qisasçıdırlar”

Müsavat Partiyasının üzvü Vurğun Əyyub partiyadan xaric edilib. Onun xaric edilməsinə səbəb kimi qurumun iclaslarına qatılmadığı, qərarlara tabe olmadığı, üzvlük haqqını ödəmədiyi göstərilib.

Xatırladaq ki, bu qərar mayın 3-də partiyanın Binəqədi rayon təşkilatının növbəti toplantısında verilib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu V.Əyyubun partiya sıralarından xaric olunmasına sərt münasibət bildirib.

AzNews.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb:
"Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun Müsavat Partiyasının sıralarından xaric olunması barədə "qərar" verilib. Bu, bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur. Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq".


Lalə
AzNews.az