Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Yaponiya baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



AzNews.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışılıb, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində böyük iqtisadi inkişafa nail olunduğu vurğulanıb, birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda təşkil olunmasının önəmi qeyd edilib, respublikamızda mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan müasir şərait yüksək dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.