İlham Əliyev Moskvaya rəsmi səfərə getdi

Azərbaycan prezidenti İlham Əliyev Moskvaya rəsmi səfərə gedib.



APA-nın verdiyi məlumata görə, hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın rəsmi şəxsləri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunan bayram tədbirlərində iştirak etmək üçün Rusiya paytaxtına gəlib.