- Köhnə - Siyasət
- 12 Oktyabr 2012 05:24
- 3 445
Dəyirmi masada məhəbbət

Belə ki, A. Gül şam yeməyinə müxalifət partiyalarının liderləri Kamal Kılıçdaroğlunu və Dövlət Bağçalını da dəvət edib. Müxaliflər ilk dəfə olaraq Prezident sarayında əcnəbi prezidentin hüzurunda bir araya gəliblər.
Görüşə Baş Nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də dəvət olunub. Malikanədəki dəyirmi masada liderlərin öz qruplarıyla baş-başa verib söhbət etmələri diqqətdən yayınmayıb. Belə ki, iqtidarla müxalifət üzvləri masa arxasında olsa belə birgəlik nümayiş etdirə bilməyiblər, əksinə qruplaşma yaradılıb. Bu da türk mətbuatında "Dəyirmi masada künc məhəbbəti" adlı başlıq altında manşet xəbərinə çevrilib.
Sevinc Fədai
AzNews.az