Viktoriya Nuland: “Təyyarədə olan yük hərbi təyinatlı olub” Viktoriya Nuland: “Təyyarədə olan yük hərbi təyinatlı olub”

ABŞ-dan Rusiyaya sərt üz

Viktoriya Nuland: “Təyyarədə olan yük hərbi təyinatlı olub”



ABŞ Suriyaya ikili təyinatlı cihazların göndərilməsini etik cəhətdən düzgün addım saymayıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland keçirdiyi mətbuat konfransında səsləndirib.

O, bildirib ki, Türkiyə təyyarədə olan bütün yük və onların təyinatı ilə bağlı ABŞ-ı təfərrüatlı şəkildə məlumatlandırıb. Xanım Nuland aşkarlanan cihazlar barədə dəqiq məlumat verməsə də, onların hərbi təyinatlı olduğunu deyib. O, həmçinin əlavə edib ki, göndərilən avadanlıqlar sırf hərbi təyinatlı sayılmasa da, Əsəd rejiminin möhkəmlənməsinə xidmət edir.

Sadiq Musa
AzNews.az