- Köhnə - Siyasət
- 2 İyun 2015 10:29
- 4 636
Alexis Şahtaxtinski ilə bağlı XİN-dən açıqlama
Fransa Hökuməti Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin uzadılmasını dəstəkləməyib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyətinin davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi A.Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib.
ATƏT-dən verilən məlumata görə, Fransa Hökuməti vətəndaşlığını daşıyan A.Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məsələ ilə bağlı öz Twitter hesabında yazmışdı. O, Şahtaxtinskinin fəaliyyət mandatının dayandırılmasının səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edildiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən