Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub. Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub.

“Necə olur ki, separatçılara asanlıqla viza verilir?” – Novruz Məmmədov

Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub.


AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter hesabında yazıb.

Onun sözlərinə görə, son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar: "Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır: Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının "rəhbərlərinə" Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı B.Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub".