AMEA-nın əməkdaşları bu məqsədlə xarici ölkələrə ezam ediləcək AMEA-nın əməkdaşları bu məqsədlə xarici ölkələrə ezam ediləcək

Soyqırıma dair sənədlər ölkəmizə gətiriləcək

AMEA-nın əməkdaşları bu məqsədlə xarici ölkələrə ezam ediləcək



AMEA-nın Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiya, Fransa, Almaniya və Gürcüstana ezam ediləcək. Bu barədə qərar İnstitutun Elmi Şurasının iclasında qəbul edilib. Məqsəd Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunmasına nail olmaqdır.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.

İclasda ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə, toplu şəklində nəşr olunmasına diqqətin daha da artırılması xüsusilə qeyd olunub.

İclasda indiyədək nəşr olunmuş sənəd topluları bir daha müzakirə edilib və problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün əməkdaşların xarici ölkələrə ezam edilməsi, bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılması qərara alınıb.

Elnarə Əlosmanqızı
AzNews.az