5 ölkə rəsmisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib. 5 ölkə rəsmisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

5 ölkə rəsmisi İlham Əliyevi təbrik etdi

5 ölkə rəsmisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrik məktublarında deyilir:

"Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika Günü münasibətilə Xorvatiyanın vətəndaşları adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın uzun illərə söykəndiyini nəzərə alaraq, qarşıdakı dövrdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə, xüsusilə iqtisadi sahədə daha geniş əməkdaşlığın yaradılması istiqamətində fəaliyyətin davam edəcəyinə ümidvaram.

Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin.

Hörmətlə, Xorvatiya Respublikasının Prezidenti Xanım Kolinda Qrabar-Kitaroviç"

***

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcəkdir.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalılığı arzu edirəm.

Dərin hörmətlə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani"

***

"Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati–alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.

Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm.

Dərin hörmətlə, Roma Papası Fransis"

***

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İspaniya xalqı və hökuməti ilə birlikdə təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə sülh və rifah arzuladığımı bir daha bildirirəm.

Dərin ehtiramla, İspaniyanın Kralı VI Felipe"

***

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Azərbaycana sülh, sabitlik və davamlı inkişaf arzu edirəm. Qəti əminəm ki, Litva ilə Azərbaycan arasındakı müsbət və qarşılıqlı faydalı siyasi, iqtisadi, mədəni, sosial əməkdaşlıq əlaqələri gələcəkdə daha da dərinləşərək inkişaf edəcək və ölkələrimizin davamlı rifahı və təhlükəsizliyinə töhfələr verəcək.

Xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin.

Hörmətlə, Litva Respublikasının Prezidenti Dalya Qribauskayte"