Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş keçirib. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş keçirib.

ABŞ səfiri Müsavat başqanı ilə görüşdü

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüş keçirib.


Görüşdə Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı və Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

S.Soltanlı AzNews.az-a sözü gedən görüşün səfir R.Sekutanın təşəbbüsü ilə reallaşdırıldığını deyib:
"Görüşdə qarşıdan gələn "Parlament seçkiləri-2015", Müsavat Partiyasının bu istiqamətdə hazırlıqları, Azərbaycanda ictimai-siyasi vəziyyət və Azərbaycanda seçki qanunvericiliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi olub".

Bahar RÜSTƏMLİ
AzNews.az