- Köhnə - Siyasət
- 13 İyun 2015 11:49
- 3 571
“Azərbaycanlı olmağımla fəxr edirəm” - Sərdar Cəlaloğlu
“Birinci Avropa Oyunlarının açılışı, həm də eyni zamanda Azərbaycan mədəniyyətinin dünyaya açılışı idi”.
Bunu AzNews.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri hesab edir ki, tədbir həddən artıq yüksək səviyyədə hazırlanmışdı: "Təqdim olunan tamaşalar ürəkaçan idi. Qobustan, "Sarı gəlin", Alim Qasımovun ifası, Azərbaycan xalcalarının naxışları, alovun görünüşü Azərbayan mədəniyyətinin təbliği idi. Başqa ökələrdə belə tədbirlər zamanı xarici ölkələrin milli simvollarına yer verirlər. Amma Azərbaycan bu tədbirdə ancaq öz mədəniyyətinə yer verdi. Avropa Oyunlarının ən böyük əhəmiyyəti də bundan ibarət idi".
S.Cəlaloğlunun sözlərinə görə, tədbirdə bütünliklə Azərbayacan ruhunu yaşadıq: "Hamını təbrik edirəm. Azərbaycanlı olmağımla fəxr edirəm".
Bahar RÜSTƏMLİ