Tehran Türkiyəni müharibəyə cəlb etmək istəyir - Siyasi analitik

"İrandan Türkiyəyə ballistik raketin atılması Tehranın məqsədyönlü şəkildə müharibəni regiona yaymaq taktikasının tərkib hissəsidir".

Bu barədə AzNews.az-a siyasi analitik Asif Nərimanlı açıqlama verib. O, deyib:

"Hücumun başlanmasından sonra İranın cavab aktı kimi ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərqi hədəfə alması gözlənilən olsa da, mülki obyektlər və infrastrukturun da vurulması, Səudiyyə, BƏƏ və Qətər başda olmaqla müxtəlif ölkələri Tehrana qarşı yönəldəcək addımların atılması suallar yaradırdı. Məntiqlə İran ABŞ və İsraillə müharibə apardığı vaxt digər ölkələrin ona qarşı cəbhədə yer almasına zəmin yaradacaq addımlardan çəkinməli idi, lakin bunun tam əksi baş verir. Çünki İran “total müharibə” məntiqi ilə hərəkət edir və bu müharibə rejim üçün “ölüm-qalım” məsələdir. Region ölkələrini hədəf seçən İran müharibə arealını genişləndirməklə ABŞ-ın geri çəkiləcəyinə ümid edir".

AzNews.az