Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.

İlham Əliyev başsağlığı verdi - Tbilisidəki fəlakətə görə

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.


AzNews.az xəbər verir ki, başsağlığında deyilir: "Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".