Hillari Klinton məsuliyyəti üzərinə götürdü

ABŞ Dövlət Katibi Hillari Klinton Benqazi şəhərində səfirin öldürlməsinə və ABŞ əleyhinə mitinqlərin keçirilməsinə görə özünü günahkar bilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri xanım Klinton CNN telekanalına müsahibəsində səsləndirib.

O, deyib: "11 sentyabr da Liviyada səfirin və 3 səfirlik əməkdaşının öldürlməsinə görə məsuliyyəti mən daşıyıram". O, həmçinin əlavə edib ki, səfirliklərin təhlükəsizliyinə cavadeh Ağ Ev yox Dövlət Departamentidir.

Sadiq Musa
AzNews.az