Səfirliyə mənşəyi məlum olmayan toz göndərildi Səfirliyə mənşəyi məlum olmayan toz göndərildi

ABŞ səfirliyində şok yaşandı

Səfirliyə mənşəyi məlum olmayan toz göndərildi



Stokholmda yerləşən ABŞ səfirliyində şok yaşanıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, səfirliyə şübhəli paket daxil olub.

Paketi açan təhlükəsizlik əməkdaşları onun içərisində mənşəyi məlum olmayan toz aşkarlayıblar. Tozu kimyəvi zəhərli maddə olduğunu güman edən təhlükəsizlik əməkdaşları səfirlik işçilərini binadan evakuasiya ediblər.

Stokholm polisi də faktı təsdiqləyib və bildirib ki, tozun mənşəyi laboratoriya analizlərindən sonra məlum olacaq.

Qeyd edək ki, ABŞ-ın Stokholmda yerləşən səfirliyində 150 əməkdaş çalışır.

Sadiq Musa
AzNews.az