Azərbaycan-ABŞ əməkdaşlığı mövzusunda müzakirə

Sabah paytaxt Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülhün və təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda beynəlxalq konfrans keçirəcək.

AzNews.az-a verilən məlumatda bildirilib ki, tədbirdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, ABŞ-ın ölkəmizdəki səfirinin müavini Adam Sterlinq və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov çıxış edəcəklər.

Konfransda həmçinin "Regional təhlükəsizlik dilemması: çağırışlar və perspektivlər" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: çıxılmaz vəziyyətdən çıxış yolları" mövzuları ətrafında müzakirələrin də aparılacağı gözlənilir.

Gültəkin Qəhrəmanova
AzNews.az