Azərbaycanla və digər qonşular ölkələrlə münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi qeyri-müəyyən ola bilər. Azərbaycanla və digər qonşular ölkələrlə münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi qeyri-müəyyən ola bilər.

İlham Əliyev: “Təcavüzkar öz cəzasını almalıdır”

Azərbaycanla və digər qonşular ölkələrlə münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi qeyri-müəyyən ola bilər.


AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyanın bu yaxınlarda D.Tuskla keçirdiyi mətbuat konfransında Azərbaycana dair bəyanatı ilə bağlı sualı cavablandırıb: "Sözün düzü, bu gün ən az Avropa İttifaqı Şurasının prezidenti ilə mətbuat konfransından Azərbaycanı demokratiyanı pozmaqda və təcavüzdə ittiham etmək üçün istifadə edən cənab Sarkisyanın bəyanatı barədə danışmaq istərdim".

Dövlət başçısı bildirib: "Bu, tamamilə mənasızdır, çünki Sarkisyan yəqin ki, demokratiyadan danışmalı olan son insandır. 2008-ci ildə öz sələfi tərəfindən Ermənistan rəhbəri təyin edilmiş bu insan seçkiləri saxtalaşdırıb, sonra isə ordudan dinc nümayişləri yatırtmaq üçün istifadə edib. Onun demokratiyadan danışmağa haqqı yoxdur".

Prezident əlavə edib: "Azərbaycan və Ermənistanın eyni səviyyəyə qoyulması ilə bağlı ittihamlara gəlincə, belə demək mümkündürsə, daha çox Azərbaycan belə ittiham irəli sürə bilər. Bu, daha təbii olardı, çünki beynəlxalq ictimaiyyət təcavüzkar və onun qurbanı arasında dəqiq fərq qoymalıdır. Təcavüzkar öz cəzasını almalıdır".

İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi öz vəziyyətini nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq: "Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirməklə özünü Azərbaycan və digər qonşularla regional əməkdaşlıqdan məhrum edir. Sarkisyanın idarəçiliyi dövründə Ermənistanda müşahidə edilən yoxsulluq bunun nəticəsidir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı yaşayır".

Ölkə başçısı diqqətə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həllini tapmaq üçün danışıqların müddəti və formatları üzərində işləyirlər, lakin münaqişənin kökü və yaranması səbəbləri unudulmamalıdır: "Erməni separatçılar Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə Azərbaycana qarşı təcavüzə başladılar. Bu münaqişənin ilk qurbanları azərbaycanlılar olub. Bu təcavüzün nəticəsi etnik təmizləmə, Xocalıda soyqırım və torpaqlarımızın təqribən 20 faizinin işğalı oldu. Və bu işğala heç bir haqq qazandırılmamalıdır".

Prezident vurğulayıb ki, Azərbaycanın böyük hissəsinin erməni işğalı altında olmasını görmək üçün xəritəyə baxmaq kifayətdir: "Onlar bütün azərbaycanlıları qovdular, onların insan haqlarını pozdular, bütün tarixi və dini abidələrimizi məhv etdilər. İndi onlar Azərbaycanı blokadada, təcavüzdə və ksenofobiyada ittiham edirlər. Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ölkə vətəndaşları olan bir çox dinlərin nümayəndələrinin evidir".

İlham Əliyev qeyd edib ki, Azərbaycan dünya miqyasında müxtəlif etnik qrup və dinlərin nümayəndələrinin dinc yaşamasına yaxşı nümunədir.