“İranın “İliç lampaları”

Milli Məclisin deputatı Zahid Oruc son günlər Azərbaycan nefti ətrafında baş verən beynəlxalq siyasi vəziyyətə aydınlıq gətirib. O, facebook sosial şəbəkəsində paylaşdığı "İranın "İliç lampaları" adlı yazısında İranın Azərbaycandakı neft maraqlarının perspektivlərinə aid maraqlı fikirlər səsləndirib. AzNews,az bu fikirləri təqdim edir

Millət vəkili yazır:

İran BP-nin yerini tutmaq arzusunu dilə gətirib. Biz rəsmi olaraq Qərb tərəfdaşlarımızdan imtina etməmiş, xarici iqtisadi kursumuza baxmamış qonşu dövlətdən artıq təklif almışıq. Neft hesabına bu bölgənin geosiyasəti və təhlühəsizlik arxitekturası dəyişib. Azərbaycanı şantaj edən Ermənistan hər zaman bizi ittiham edib ki, neft Qarabağ savaşında onların əleyhinə işləyir və biz qazandığımız müttəfiqləri bu ölkəyə qarşı yönəltmişik. Belə absurd necə ağla gələ bilir? Yəni, strateji resurs olan enerji ehtiyatları bu savaşın istənilən dönəmində bizim kimi hamı üçün mühüm silahdır. Elə isə, Sarkisyanın "neft kəməri Qarabağdan keçsin" iddiası sülh danışıqlarının az qala əsas tezisinə niyə çevrilmişdi?

İranın keçmişdə konsorsiuma qatılmaması təkcə onun Qərblə ixtilafları və bu sistemin işləyə bilməyəcəyi ilə bağlı deyildi. Nüvə konfliktinin tam izolyasiyaya məruz qoyduğu İran bu hövzədə dünyanın apardığı savaşın həmişə basilica hədəflərindən biri olub. Lakin bu ölkənin Xəzərin statusu üzərindən apardığı siyasət açıq şəkildə Azərbaycanla konflikt yaratmaq, bizi iqtisadi müstəqillikdən məhrum etmək və xarici əlaqələrimizi buxovlayaraq öz inhisarına götürmək niyyəti idi. Belə olan təqdirdə Türkmənistanın da davranışları eyni məqsədləri güdürdü.

Hazırda ağır sanksiya rejimi altında iqtisadi çətinliklər yaşayan İranın bu təşəbbüsü nəyə hesablandığı heç kəsə sirr deyil. Lakin Azərbaycan özünü belə bir ölkənin durumuna və siyasi taleyinə şərik edə bilməz. Bütövlükdə regionun təhlükəsizliyinə zərbə olan nüvə qalmaqalı və qapalı rejim səbəbilə bizim resurslar bu dövlətin elitasının əlində soydaşlarımızı əzmək vasitəsinə çevrilərdi. İranın BP-nin yerini tutmaq arzusu nəinki bizi dünyanın hədəfinə çevirir, o cümlədən, dövlətimizin müstəqilliyinə real təhlükə yaradır. Demokratik dünyadan və sistemlərdən ayrı düşmüş bu ölkənin bizə verə biləcəyi klerikal sistemlə gərək onların köləsınə çevrilək. İranın Azərbaycandan neft iddiası azadlığımıza yanaşmanı və Qərbin yerini tutacaq qüvvələri görməyə ən yaxşı test ola bilər. İranın neftindən imtina edənlərin sıra sayı son raunda yaxınlaşdığı bir dönəmdə bizə "İliç lampaları" vəd etməsi müstəqillik günümüzə bayram töhfəsidir".

Ədil Hüseynli
AzNews.az