AZAL-ın xalqı necə aldatması ifşa edildi - VİDEO

Prezidentin gösterişinden sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib.

Millət vəklinin sözlərinə görə, 16 yaşdan aşağı sernişinlər valideyinsiz xarici ölkəyə gedərsə, bilet puluna 300 AZN de əlavə ödəməlidir.

"Adam öz ölkəsinin şirkətinə fayda vermek istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir. Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin gösterişinden sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.

16 yaşdan aşağı sernişinlər valideyinsiz gedərsə, bilet puluna 300 AZN de əlavə ödəməlidir. Guya onu müşaiyət edən şəxsə verilmek üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin natorial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, hava şirkəti buna problem yaratmamalıdır.

Demek 520 manat üstəgəl 300 manat. Vətəndaş "British Airline" hava şirkətinə müraciət edir ve bildirirler ki, onlar bu qaydanı yalnız 5-12 yaş arası uşaqlar üçün tətbiq edirler. Demək, vətənpərvərlik gösterib AZAL-dan bilet almaq istəyine baxmayaraq xeyrini ingilis şirkətinə verməyə mecbur qalır. Üzülürsən", deyə Fazil Mustafa bildirib.

Millət vəkili AZAL şirkətinin adının ÇOXAL olaraq dəyişməsi təklifini də edib: "Ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar isə yenə də öz ürəklərinden keçəni edirler. Bu nüansları nezərə alarsaq AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?".



Millət vəkili Fazil Mustafa AZAL-dakı vəziyyətdən narazıdır

AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi:

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?".



Prezident İlham Əliyevin AZAL rəhbərliyinə irad tutur

ANS PRESS öz növbəsində AZAL-ın qiymətləri nisbətən ucuzlaşdırması ilə bağlı bir sıra arşadırmalar apardı. Məlum olub ki, AZAL bir tərəfdən qiymətləri ucuzlaşdırarkən, digər tərəfdən maneələr yaradır. Bir sözlə, AZAL QSC-nin təyyarə biletlərinin ən aşağı qiymətlərini təxminən 20 faiz azaltması barədə verdiyi açıqlama müştərilərin ümidləri tam doğrultmadı.