- Köhnə - Siyasət
- 6 Avqust 2015 18:32
- 2 103
İlham Əliyev Kot-d’İvuar Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kot-d’İvuar Prezidenti Alassane Uattaraya təbrik məktubu ünvanlayıb.
AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".