Erməni Milli Komitəsi ABŞ-ı Azərbaycana silah satmamağa çağırdı Erməni Milli Komitəsi ABŞ-ı Azərbaycana silah satmamağa çağırdı

Ermənilərdən Ağ Evə silah qadağası

Erməni Milli Komitəsi ABŞ-ı Azərbaycana silah satmamağa çağırdı



Amerikada fəaliyyət göstərən Erməni Milli Komitəsi Ağ Ev rəhbərliyini Azərbaycanla hərbi əməkdaşlığı dayandırmağa çagırıb. Bunu komitənin icraçı direktoru Aram Ambaryan bildirib.

A.Ambaryan Hillari Klintonun Macarıstanın xarici işlər naziri Yanoş Martoniya ilə görüşündə Azərbaycana ekstradasiya edilən Ramil Səfərovla bağlı müzakirələrin aparıldığı barədə məlumata münasibət bildirərkən deyib: "Amerika dövlət katibini Macarıstanın ünvanına tənqidlərdən konkret işə keçməyə çağırırıq. Amerika Azərbyacana silah satışını dayandırmaqla yanaşı, hərbi yardımı da kəsməlidir".

Elnarə Əlosmanqızı
AzNews.az