Ümid və Azərbaycan Demokrat Partiyasının parlament seçkiləri ilə əlaqədar yaradacağı blokun tərkibinə daxil olmaq istəyən üçüncü partiyanın adı məlum olub. Ümid və Azərbaycan Demokrat Partiyasının parlament seçkiləri ilə əlaqədar yaradacağı blokun tərkibinə daxil olmaq istəyən üçüncü partiyanın adı məlum olub.

AMİP Ümidə “elçi” düşdü – Bloka qoşulmaq istəyir

Ümid və Azərbaycan Demokrat Partiyasının parlament seçkiləri ilə əlaqədar yaradacağı blokun tərkibinə daxil olmaq istəyən üçüncü partiyanın adı məlum olub.


AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan Milli İstiqlal Partiyası seçkiyə blok halında getmək üçün Ümid Partiyasının sədri İqbal Ağazadəyə "elçi" düşüb. "Elçilik" missiyası isə ADP sədri Sərdar Cəlaloğlunun üzərinə düşüb. Aparılan danışıqlara, edilən müzakirələrə baxmayaraq, Ümid sədri Azərbaycan Milli İstiqlal Partiyasının bloka daxil olması ilə bağlı məsələyə razılıq verməyib.


Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə ilə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında bildirib ki, bununla əlaqədar partiyanın özünə təkliflər gəlir:

"Bizə gələn təkliflərdən əlavə, bizim də təkliflərimiz var. Amma konkret olaraq, bu gün seçkidə blok halında iştirak etməklə bağlı heç bir qərar yoxdur".

Vaxti ilə Azərbaycanın ana müxalifəti partiyaları ilə bir yerdə addımlayan AMİP-in Ümidə "elçi" düşməsi nə dərəcədə doğrudur sualına partiya rəsmisi Ümid və Azərbaycan Demokrat Partiyalarına hörmət etdiklərini, bu suala cavab vermək istəmədiyini deyib.

Y.Bağırzadə bu il seçki mühitinin çox passiv olduğunu da qeyd edib:

"Siyası partiyaların seçkiyə ümidi azdır, ona görə də seçkiyə getmək istəmirlər".

Partiya sədri Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və digər bir neçə partiya ilə əməkdaşlıq haqqında müzakirələrin aparıldığını deyib:

"Biz bu gün partiyalarla geniş əməkdaşlıq platformasından, yəni seçki öncəsi dairələrə dair əməkdaşlıqdan danışırıq. İstəyirik partiyalarla əməkdaşlıq edək ki, seçki prosesində bir-birimizə mane olmayaq, sataşmayaq, təhqir etməyək, namizədlərin üstünə getməyək. Əksinə, bir-birimizə kömək edək və hansı partiyanın hansı dairədə güclü namizədi varsa, ona dəstək verək".

Bahar RÜSTƏMLİ
AzNews.az