Böyük Quruluş Partiyası namizədlərinin sayını müəyyənləşdirməkdə davam edir. Böyük Quruluş Partiyası namizədlərinin sayını müəyyənləşdirməkdə davam edir.

Fazil Mustafa deputatlığa nəmizədlərin siyahısını genişləndirdi

Böyük Quruluş Partiyası namizədlərinin sayını müəyyənləşdirməkdə davam edir.


AzNews.az xəbər verir ki, avqustun 18-də partiya başqanı Fazil Mustafanın sədrliyi ilə iclas keçirilib. İclasda partiyanın boş qalan seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizədlərin irəli sürülməsi ilə bağlı qərarlar qəbul edilib:

1. 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə- Kazımov Heybət Oruc oğlu. Ali təhsilli, fəaliyyət növü: aviasiya mühəndisi;

2. 45 saylı Abşeron seçki dairəsi üzrə- Fərəcov Firud Fərəc oğlu. Ali təhsilli, mühəndis;

3. 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə- Ağasıyev Elçin Nazim oğlu. Ali təhsilli, kimyaçı-texnoloq;

4. 57 saylı Kürdəmir seçki dairəsi üzrə- Əhmədov Anar Yolçu oğlu. BQP Kürdəmir rayon təşkilatının sədri;

5. 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə- Məmmədov Rahim Əli oğlu. Ali təhsilli, özəl sektor;

6. 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə- Əhmədov Vüsal Əhəd oğlu. Ali təhsilli, özəl sektor;

7. 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə- Əliyev Hakim Tanrıverdi oğlu. Həkim-stamotoloq;

8. 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə- İsmayılov Natiq Azad oğlu. Özəl sektor;

9. 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə- Manafov Manaf Xanbala oğlu. Ali təhsilli, özəl sektor;

10. 78 saylı Lerik seçki dairəsi üzrə- Dənziyev Ruslan Nağdəli oğlu. Ali təhsilli. BQP Lerik rayon təşkilatının sədri;

11. 79 saylı İmişli seçki dairəsi üzrə- Sadiqov Eldəniz Rizvan oğlu. Ali təhsilli, özəl sektor;

12. 81 saylı Beyləqan seçki dairəsi üzrə- Nağıyev Ədalət Əkbər oğlu. BQP Beyləqan rayon təşkilatının sədri, hərbi təqaüdçü;

13. 105 saylı Tovuz seçki dairəsi üzrə- Məmmədov Ceyhun İsmayıl oğlu. Ali təhsilli, özəl sektor;

14. 110 saylı Zaqatala seçki dairəsi üzrə- Baqiyev Qafur Aydın oğlu. Ali təhsilli, özəl sektor.

15. 116 saylı Qəbələ seçki dairəsi üzrə- Calladov Alim Ziyəddin oğlu. Ali təhsilli, özəl sektor.

Xatırladaq ki, Böyük Quruluş Partiyası bundan əvvəl 25 seçki dairəsi üzrə namizədin müəyyənləşməsi haqqında qərar qəbul edib.

Bahar RÜSTƏMLİ
AzNews.az