Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısını açıqlayıb. Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısını açıqlayıb.

Sərdar Cəlaloğlunun partiyasından namizədlərin siyahısı - 15 nəfər

Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısını açıqlayıb.


ADP-dən AzNews.az-a verilən məlumata görə, siyahı ilə bağlı son qərar bu gün partiyada seçki ilə əlaqədar yaradılan Mərkəzi Seçki Qərargahının ilk toplantısında verilib.

Bildirilib ki, sentyabrın 5-də partiyanın Ali Məclisinin iclası keçiriləcək və seçkilərlə bağlı məsələlər məclisin müzakirəsinə çıxarılacaq.

Seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən şəxslərin siyahısını təqdim edirik:

1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;
2. Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;
3. Taliyyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;
4. Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;
5. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
6. Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;
7. Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;
8. Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;
9. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;
10. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi;
11. Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;
12. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;
13. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi;
14. Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi;
15. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi.

Sevinc Yasinqızı
AzNews.az