Müsavatçılar baş redaktoru partiyadan və İP dən qovmaq istəyirlər Müsavatçılar baş redaktoru partiyadan və İP dən qovmaq istəyirlər

Rauf Arifoğlunun istefası tələb ediləcək

Müsavatçılar baş redaktoru partiyadan və İP dən qovmaq istəyirlər



İctimai Palatanın növbəti sessiyasında bir qrup müsavatçının "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun istefasını tələb edəcəyi gözlənilir. Partiyadan AzNews.az-a daxil olan məlumata görə, tələbə səbəb ötən günlərdə R. Arifoğlunun təsisçisi olduğu qəzetdə "Müxalifətlə iqtidar anlaşıb" fikrini ifadə edən yazıların dərc edilməsidir.

Belə ki, Rauf Arifoğlunun hələ də partiyaya üzvü olması və partiyanın dəstəyi ilə İP Koordinasiya Şurasında iştirakı Müsavat üçün məsuliyyət yaradır və onun addımları partiyanı da özünə şərik edir. Buna görə də Rauf Arifoğluna qarşı tədbirlərin görlüməsi planlaşdırılır.

Ülviyyə Tahirqızı
AzNews.az