Adları YAP siyahısında olmayan deputatlar danışdı

Adımın siyahıda olmamağı barədə yazırlarsa, yəqin ki, məndən çox bilirlər.


AzNews.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında qarşıdan gələn parlament seçkilərində adının YAP-ın seçki siyahısında yer almaması ilə bağlı yayılan qeyri-səhih xəbərlərə münasibət bildirərkən millət vəkili Astan Şahverdiyev deyib. O özü barədə yekun qərarı partiyasının verəcəyini bildirib:
"Düzü, mənim bu məsələdən heç xəbərim yoxdur. Mən partiyanın əsgəriyəm, əgər məsləhət bilsələr, namizəd olacam, yox bilməsələr, onda olmayacam. Adımın siyahıda olmaması barədə yazırlarsa, yəqin ki, falçıdırlar və məndən çox bilirlər".

YAP-ın seçki siyahısında olmadığı iddia edilən digər şəxs – millət vəkili Fərhad Qəribov da xəbərə sərt reaksiya verdi: "Belə etdikləridir ki, onlara inanan yoxdur da".

Deputat Arif Əşrəfovun telefonuna isə köməkçisi cavab verdi və heç nə bilmədiyini vurğuladı.

Qeyd edək ki, bu gün "Aktual.az" hakim partiyanın xətti ilə parlamentdə mandat qazanan dörd deputatın bu dəfə YAP-ın siyahısında yer almadığı barədə xəbər yayıb. İddiaya görə, bunlar Astan Şahverdiyev (120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi), Arif Əşfərov (55 saylı Xaçmaz şəhər Seçki Dairəsi) və Fərhad Qəribovdur (57 saylı Kürdəmir Seçki Dairəsi).

İctimaiyyətin və siyasi dairələrin intizarla gözlədiyi seçkinin favoriti sayılan YAP-ın seçki siyahısı hələlik rəsmən açıqlanmayıb.