Rusiya BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılmasını gələn il başa çatdıracaq. Rusiya BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılmasını gələn il başa çatdıracaq.

Rusiya daha 50 ədəd BMP-3-ü Azərbaycana çatdıracaq

Rusiya BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılmasını gələn il başa çatdıracaq.


AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TASS-a hərbi-texniki mənbələrdən məlumat verilib.

Hazırda son 50 maşının çatdırılması üçün tədbirlər görülür.

"Bu ilin əvvəlində məlum olub ki, Rusiya Azərbaycana T-90S tanklarının satışını başa çatdırır. Daha əvvəl isə "Rosoboroneksport"dan bildirmişdilər ki, Rusiya 2010-cu ildə bağlanmış müqavilələr üzrə silahlandırmanı və texnikanın böyük hissəsinin çatdırılmasını 2017-ci ildə bitirəcək", - deyə məlumatda vurğulanır.

Rusiya mətbuatının məlumatına görə, Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 (təxminən 100 maşın) özüyeriyən artilleriya, reaktiv yaylım atəşi sistemləri, ağır alov saçan sistemlər və təmir-köçürmə maşınları alıb.

Ekspertlər qeyd edirlər ki, bağlanmış müqavilələrin dəyəri 1 milyard dollar həcmindədir.