Xəbər verdiyimiz, Milli Şuranın Koordinasiya Mərkəzi noyabrın 1-də noyabrda keçiriləcək parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib. Amma buna baxmayaraq, MŞ-nın üzvlərinin bəzilərini adı seçkidə iştirak edəcək partiyaların siyahısında yer alıb. Xəbər verdiyimiz, Milli Şuranın Koordinasiya Mərkəzi noyabrın 1-də noyabrda keçiriləcək parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib. Amma buna baxmayaraq, MŞ-nın üzvlərinin bəzilərini adı seçkidə iştirak edəcək partiyaların siyahısında yer alıb.

Mandat almaq istəyənlər Milli Şuradan çıxarıla bilərmi? – Qurumda paradoks

Xəbər verdiyimiz, Milli Şuranın Koordinasiya Mərkəzi noyabrın 1-də noyabrda keçiriləcək parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib. Amma buna baxmayaraq, MŞ-nın üzvlərinin bəzilərini adı seçkidə iştirak edəcək partiyaların siyahısında yer alıb.


Milli Şuranın Hüquq Komisiyasının sədri Vidadi Mirkamal AzNews.az-a açıqlamasında bildirib ki, qurumun tərkibində olan şəxslər seçkilərə qatılmaqda sərbəstdir: "Milli Şuranın tərkibi yekcins deyil. Qurum seçkilərə qatılmır. Milli Şuranın tərkibində olan şəxslər seçkilərə qatılmaqda sərbəstdir".

V.Mirkamal vurğulayıb ki, MŞ-nın 90 nəfər üzvündən 3 nəfəri parlament seçkilərinə qatılmaq istəyib: "Bu da ümumi qərara təsir edə bilməz".

Seçkidə iştirak edən şəxslər MŞ üzvlüyündən çıxarıla bilər sualına komisiya sədrinin cavabı belə olub: "Bu barədə düşünmürük".

Xatırladaq ki, Milli Şuranın üzvü Samir Əsədli Vətəndaş Həmrəyliyi Partiyası, Ülvi Həsənli isə "NİDA" Hərəkatının seçkidə iştirak edəcək namizədlərinin siyahısında yer alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az