BMT Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul olunub. Bu qətnamə 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiya”nın müddəalarına əsaslanır. BMT Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul olunub. Bu qətnamə 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiya”nın müddəalarına əsaslanır.

Azərbaycanın birinci katibi Xocalı soyqırımından danışdı

BMT Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul olunub. Bu qətnamə 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiya”nın müddəalarına əsaslanır.


AzNews.az-ın AzərTaca istinadən verdiyi xəbərə görə, qətnamənin qəbul olunmasından dərhal sonra Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılov bəyanatla çıxış edib. Bəyanatda qəbul olunmuş sənədin Azərbaycan üçün əhəmiyyətli olduğu və tariximizin ən acı səhifələrindən birini - Xocalı soyqırımını xatırlatdığını qeyd edib.

Xocalı qətliamı barədə məlumat verən F.Cəbrayılov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın bu şəhərində qadın, uşaq və yaşlılar daxil olmaqla 613 azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, şəhər isə işğalçılar tərəfindən yerlə-yeksan olunub. Eyni zamanda, Xocalı qurbanları və onların qohumlarının 23 ildən artıq ədalət gözlədikləri və hadisələrin günahkarlarının indiyədək cəzalandırılmadığı diqqətə çatdırılıb.

Azərbaycan nümayəndəsi deyib ki, Ermənistan törətdiyi cinayətə görə məsuliyyətini etiraf etməlidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu bu ölkənin silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində qondarma rejim qurulub. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələrini yerinə yetirmir.