Sentyabr ayının 21-də Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında İran Azərbaycanlılarının, İranda yaşayan milli azınlıqların durumu və Urmiya gölünün ekoloji faciəsi ilə bağlı dinləmələr keçiriləcəkdir. Sentyabr ayının 21-də Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında İran Azərbaycanlılarının, İranda yaşayan milli azınlıqların durumu və Urmiya gölünün ekoloji faciəsi ilə bağlı dinləmələr keçiriləcəkdir.

Sabir Rüstəmxanlı Cenevrəyə gedir

Sentyabr ayının 21-də Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında İran Azərbaycanlılarının, İranda yaşayan milli azınlıqların durumu və Urmiya gölünün ekoloji faciəsi ilə bağlı dinləmələr keçiriləcəkdir.


DAK Mətbuat və İnformasiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə senytabrın 20-də Cenevrəyə yola düşəcək.

Dinləmələrdə DAK həmsədri ilə yanaşı Avropada fəaliyyət göstərən Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Alyansının (AAA) üzvü Aida Bilgin və İranın azsaylı xalqlarının nümayəndələri iştirak edəcəkdir.