Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1449 nəfər namizədliklərinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1449 nəfər namizədliklərinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

217 şəxsin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1449 nəfər namizədliklərinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Namizədlərdən 557 nəfər siyasi partiya, 60 nəfər siyasi blok, 3 nəfər təşəbbüs qrupu, 829 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1351 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.

İclasda həmçinin bildirilib ki, 217 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

İclasda həmçinin bir sıra müraciətlərə də baxılıb. Müraciətlərdə Dairə Seçki Komissiyalarının namizədliyin qeydə alınmasından imtina ilə bağlı qərarlarından şikayət edilib. Baxılan 5 müraciətin 4-ü üzrə müsbət qərar qəbul edilib və onların deputatlığa namizədliyi qeydə alınıb. 1 müraciət üzrə isə Dairə Seçki Komissiyasının namizədliyin qeydə alınmasından imtina etməsi ilə bağlı qərarı qeydə alınıb.