Xəbər verdiyimiz ki, noyabrın 1-də Milli Məclisə seçkilər kiçiriləcək. Xəbər verdiyimiz ki, noyabrın 1-də Milli Məclisə seçkilər kiçiriləcək.

YAP pulsuz efir vaxtından imtina etməsinə aydınlıq gətirdi – Müsahibə

Xəbər verdiyimiz ki, noyabrın 1-də Milli Məclisə seçkilər kiçiriləcək.


Artıq Yeni Azərbaycan Partiyasının (YAP) 60-a yaxın namizədi qeydə alınıb. Lakin YAP seçki öncəsi təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadədən imtina edib.

YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə partiyanın pulsuz efir vaxtından imtina etməsi və seçki öncəsi vəziyyət barədə AzNews.az-ın suallarını cavablandırıb.


- YAP noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. Bunun səbəbi nədir?

- Seçki Məcəlləsində belə bir bənd var ki, seçkilərdə 60-dan çox namizədi qeydə alınmış siyasi qurum dövlət televiziyasında ödənişsiz efir vaxtı əldə edir. Bunun Mərkəzi Seçki Komissiyasının (MSK) İctimai Televiziyada keçirdiyi dəyirmi masalara aidiyyəti yoxdur. Son vəziyyət göstərir ki, YAP-ın kifayət qədər namizədi var. Digər partiyaların namizədlərinin sayı isə qat-qat aşağıdır. Ona görə bizim hüquqi cəhətdən ixtiyarımız var. Yəni YAP həm İctimai Televiziyanın dəyirmi masalarında, həm də dövlət televiziyasında olacaq pulsuz efir vaxtından istifadə edəcək. Amma hesab edirik ki, bundan istifadə etməklə bərabərsizliyə dəstək olmuş oluruq. Bizə isə belə rəqabət lazım deyil. Bu baxımdan pulsuz efir vaxtından imtina etməklə, biz digər partiyaların da imkanları səviyyəsində mübazirə aparmağa şərait yaradırıq.

- Müxalif partiyalar YAP-ın bunu etməklə hakimiyyətin əsas hədəfinin müxalifəti seçkilərdən kənarda qoymaq olduğunu söyləyir. Sizcə bu doğrudurmu?

- Əksinə burada biz özümüzü digər partiyalar səviyyəsində tuturuq. Yəni hüquqi baxımdan pulsuz efir vaxtından istifadə etməklə bizim təbliğat üçün daha böyük imkanımız olardı. O zaman biz cəmiyyətə daha çox öz proqramımızı çatdırmaq şəraitinə malik olurduq. Amma biz könüllü sürətdə əlavə vaxtdan imtina edirik.

- YAP-ın bundan əlavə təbliğatı olacaqmı?

- Dəyirmi masada və digər namizədlərə də nə qədər vaxt ayrılacaqsa, o müddətdən də istifadə edəcəyik. Eyni zamanda yerlərdə və dairələrdə namizədlərimiz də digər namizədlər üçün nə imkanlar verilibsə, həmin imkan daxilində biz təbliğatımızı aparacağıq. Əlbəttə ki partiya daxilində öz seçicilərimiz və tərəfdarlarımızla təbliğatımız gedəcək. Amma biz bunu etməklə hər hansı qanunu pozmuruq.

- Bu ilki parlament seçkisi əvvəlkilərdən nə ilə fərqlənəcək?

- İndidən seçkinin rəqabətli olacağı görünür. Çünki 125 yerə 1000-dən çox şəxs öz namizədliyini irəli sürüb. Hələ ki, təqribən 300-ə yaxın namizəd qeydə alınıb. Onların içərisində bütün partiyalardan olan şəxslər var. Hətta gənclərdən də namizədliyini verənlər var. Partiyalar müxtəlif proqramlarla çıxış edib fərqli mövqelər ortaya qoyurlar. Bunun özü göstərir ki, oktyabrın 9-da başlayacaq təbliğat prosesində biz fərqli yanaşmaların, rəqabətin ayrı-ayrı mövqelərinin toqquşmasının şahidi olacağıq.

- YAP seçkiyə necə hazırlaşır?

- Əlbəttə ki YAP-da bu seçkiyə ciddi hazırlaşır. Biz parlamentdə maksimum yer tutmaq əzmindəyiq.

Sevinc Yasinqızı
AzNews.az