UABD-nin sədr müavini Murad Cəfərov: “Ən ağır günlərdə Ukrayna xalqının yanıda olmuşuq” UABD-nin sədr müavini Murad Cəfərov: “Ən ağır günlərdə Ukrayna xalqının yanıda olmuşuq”

“Dövlətimizi müdafiə etməyə həmişə hazırıq” - Müsahibə

UABD-nin sədr müavini Murad Cəfərov: “Ən ağır günlərdə Ukrayna xalqının yanıda olmuşuq”


AzNews.az Azərfax-a istinadən Ukrayna Azərbaycanlıları Birləşmiş Disporunun (UABD) sədr müavini Murad Cəfərovun müsahibəsini təqdim edir:

- Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunda 17 müstəqil təşkilat birləşir. Sədrimiz Hikmət Cavadovdur. Ukraynanın 15 vilayətində nümayəndələrimiz fəaliyyət göstərir. Alimlərin, iş adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə İldə 4 dəfə geniş forumlar keçiririk. Beyin mərkəzi – Alimlər Şurası Ukrayna və Azərbaycanda yaşayan 50-dən çox alimi birləşdirir. Ukrayna cəmiyyətinə Azərbaycan gerçəkliklərini çatdıran çap orqanlarımız da fəaliyyət gösətir. Bu sırada "Azərbaycanın sözü" ("Slovo Azerbaydjana") və "Oqni Azerbaydjana" qəzetlərini göstərə bilərəm. "Slovo Azerbaydjana" Kiyevdə çap olunur və vilayətlərə pulsuz paylanılır. "Oqni Azerbaydjana" qəzeti isə Dnetropetrovsk vilayətində çap olunur. Azərbaycan dilini tədris edən 8 məktəb-kursumuz var. Uşaqlar bu kurslarda həftədə bir dəfə ana dilini öyrənirlər. Bu mətkəblər vahid metodoloji proqram əsasında və xüsusi dərsliklərlə aparılır. Hesab edirik ki, məktəblər bu ölkədə yaşayan azərbaycanlı uşaqların Azərbaycanın tarixini, mədəniyyətini, dilini öyrənməsi üçün həyata keçirilən ən vacib layihələrdən biridir.

- Ukraynadakı azərbaycanlı iş adamları ilə əlaqələr qura bilirsinizmi?

Bizim təşkilatın daxilində iş adamları birliyi var. 20-yə yaxın iş adamı diasporun həyatında fəal iştirak edir. Əlbəttə ki, biz diaspora olaraq onların hər birinin problemlərilə maraqlanır və mümkün köməklikləri əsirgəmirik.

- Bəs dövlət komitəsi ilə əlaqələriniz hansı səviyyədədir?

Əlaqələrimiz yaxşıdır, koordinasiya olunmuş şəkildə işləyirik.

- Ukraynanın hazırkı dövlət siyasəti Azərbaycanın xarici siyasət xəttilə üst-üstə düşmür. Bu sizə problemlər yaratmır ki?

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycanın dövlət siyasətini dəstəkləyir. Hansısa problemlər yarananda çalışırırq ki, kənarda qalmadan mövqeyimizi ifadə edək. Azərbaycanın maraqlarını, dövlət siyasətini hər zaman müdafiə etməyə hazırıq, müdafiə edirik və bundan sonra da edəcəyik. O ki, qaldı çağdaş dövrün reallıqlarına, əlbəttə, hər addımımızda çalışırıq ki, ən xırda detalları belə nəzərə alaq. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanın öz problemlərini, ərazilərinin işğal altında olduğunu nəzərə alsaq, dövlətimizin xarici siyasəti çox düzgündür. Biz bu gün də beynəlxalq dairələrin ikili srtandartlarını müşahidə edir və Azərbaycana, onun probleminə ədalətsiz yanaşdığını görürük. Avropa Birliyi və ya başqa təşkilataları götürsək, orada Ukraynanı müdafiə edirlər, ancaq Azərbaycana münasibətdə eyni mövqe nümayiş olunmur. Bu baxımdan, Azərbaycanın siyasəti düzdür və biz də dövlətimizin siyasətini müdafiə edirik. Hesab edirik ki, yaşadığımız yerdən asılı olmayaraq dövlətimizin siyasətini müdafiə etmək bizim borcumuzdur və biz buna həmişə hazırıq.

- Ötən illərlə müqayisədə hazırda Ukraynada Azərbaycana və azərbaycanlılara münsaibətdə dəyişikliklər yaranıbmı?

Xeyir, hansısa dəyişiklikdən söhbət gedə bilməz. Biz – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq bu ölkənin ən ağır günlərində xalqın yanında olduq. Maydanın gərgin dövrlərində də biz ukraynalılardan kənarda dayanmadıq. Sona qədər onlarla bir sırada dayandıq. Ukrayna xalqı və dövləti bunu yüksək qiymətləndirir. Bu baxımdan azərbaycanlıalrın burada problemi yoxdur. Ukrayna özü tolerant dövlətdir. Burada müxtəlif xalqların nümayəndələri yaşayaır.

- Hazırki hakimiyyət, onun idarəçiliyi sizi qane edirmi? Yoxsa hansısa başqa qüvvənin daha yaxşı idarə edə biləcəyini düşünürsünüz?

Yamnukoviuç devrilməmişdən əvvəl Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov maydanda çıxış edərək milli qüvvələri dəstəklədiyimizi bəyan etdi. Yanukoviç hakimiyyəti süqut edəndən sonra prezident seçkiləri ərəfəsində bizim təşkilat Azərbaycan diasporu adından rəsmi forum keçirdi və orada Petro Poroçşenkoya və Vitali Kliçkoya dəstək verdi. Bilirsiniz, Yanukoviçin qurduğu sistem yaxşı sistem deyildi. İndiki hakimiyyət isə reformalar keçirməyə çalışır. Müəyyən sahələrdə proses artıq başlayıb. Polis sistemində ciddi dəyişikliklər aparılır. Prokurorluq sistemi demək olar ki, tamamilə dəyişir, yenilənir. Yeni kadrların işə qəbulu üçün müsabiqələr təşkil olunur. Bu dəyişikliklər gömrükdə və vergi sistemində də özünü göstərir. Reformaları artıq öz həyatımızda hiss etməyə başlamışıq. İnanırıq ki, proses daha da sürətlənəcək və Ukraynanın Avropa İttifaqına daxil olması tezləşəcək.

- Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə azərbaycanlılar da iştirak edir. Onlar haqqında məlumat toplaya və əlaqələr qura bilirsinizmi?

Bizim təşkilat dəfələrlə Ukrayna milli qvardiyasına, könüllülər batalyonuna maddi köməklik göstərib. "Aydar" batalyonuna avtomobil alıb vermişdik. Bu işləri görərkən orada vuruşan azərbaycanlılarla da əlaqəmiz olub. Döyüşlərdə Ukrayna vətəndaşı olan azəırbaycanlılar da vuruşub, etnik azərbaycanlılar da. Keçən il soydaşımız İlqar Bağırov döyüşlərdə həlak oldu. O, mühasirəyə düşmşdü və nəticədə qranatla özünü və ətrafındakıları partlatdı. Biz rəsmi dairələrə müraciət etdik və ona şöhrət ordeni verdilər. Bundan başqa, prezidentə müraciət etmişik ki, ona milli qəhrəman adı verilsin. Onun ailəsi ilə əlaqə saxlayırıq, dəfnində yüksək səviyyədə iştirak etmişik, maddi köməklik göstərmişik. Döyüşlərdə iştirak edən digər azərbaycanlılarla da əlaqələrimiz var.

- Yaxın gələcək üçün planlarınız nədir?

Planlarımız çoxdur. Az qala hər gün yeni-yeni ideyalar doğur. Məsələn çox istərdik ki, Azərbaycan gerçəklikləri, Qarabağ həqiqətləri ilə bağlı sənədli filmlər çəkək. Lakin bütün bu işlərə maliyyə tələb olunur. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu özü özünü maliyyələşdirir. Heç bir yerdən bizə maliyyə dəstəyi yoxdur. Buna görə də biz istədiklərimizin hamısını reallaşdıra bilmirik. Amma çalışırıq ki, öz gücümüzlə müxtəlif layihələr həyata keçirək. Başladığımız işləri yarıda qoymamaga çalışırıq. Gələcək üçün fəaliyyətimizin əsas istiqamətlərindən biri də Ukraynanın siyasi həyatında daha aktiv iştirak etmək olacaq. İstədiyimiz odur ki, seçkili orqanlarda və müxtəlif dövlət vəzifələrində azərbaycanlılar da təmsil olunsun. Sevindirici haldır ki, parlamentdə bizim soydaşımız Roman Nəsirov Poroşenko blıokunun tərəfindən proporsional qaydada seçici səsi toplayıb və sonradan o, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı seçilib. Onun Azərbaycana səfəri oldu. Onunla əlaqələrimiz yüksək səviyyədədir. Roman Nəsirov hazırda Ukrayna Dövlət Fisqal Xidmətinə rəhbərlik edir.

- Mixail Saakaşvilinin Ukraynanın baş naziri postuna gətiriləcəyi barədə söhbətlər getdikcə artır. Necə düşünürsünüz, bu, baş verə bilərmi?

Mənim fikrimcə, bunu gözləmək olar. Prezident Petro Poroşenko petisiyalar haqqında qanun imzalayıb. Saakaşvilinin baş nazir postuna gətirilməsini istəyən vətəndaşlar da bu imkandan istifad edib imza verməyə başladılar və artıq tələb olunan imza say artıqlaması ilə toplanıb. Təklifin qəbul edilməsi üçün 25 min səs kifayət edir. Yaxın gələcəkdə prezident bu məsələyə baxmalı və sonra da Radaya göndərməlidir. Tamamilə mümkündür ki, Saakaşvili bu ölkənin rəhbərlərindən biri olsun. Hər halda onun reytinqi hazırda çox yüksəkdir. Odessada aparılan islahatları Ukrayna əhalisi diqqətlə izləyir və bu prosesin bütün ölkəni əhatə etməsini arzulayırlar.