Prezident İlham Əliyevin Türkmənistana səfəri gözlənilir - EKSKLÜZİV

Noyabrın 2-də Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçiriləcək. AzNews.az-un diplomatik mənbədən əldə etdiyi məlumata görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Sammitdən əvvəl noyabrın 1-də isə Türkmənistan paytaxtında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Aşqabadda keçiriləcək sözügedən iclasda müzakirə olunacaq məsələlər də artıq müəyyənləşib. Üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri humanitar sahədə regional əməkdaşlığın möhkəmləndirilməsi, təhlükəsizliyin təminatı və digər məsələlərə dair 10-dan çox sənədə baxacaqlar.

Xarici işlər nazirlərinin müzakirə edəcəyi əsas sənədlərdən biri 1941-1945-ci illlər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinin qeyd olunması ilə bağlı qərar layihəsi olacaq.

Vasif Həsənli
AzNews.az