Elmar Məmmədyarov erməni həmkarı ilə oktyabrın 27-də Parisdə görüşəcək Elmar Məmmədyarov erməni həmkarı ilə oktyabrın 27-də Parisdə görüşəcək

Nazirlərin görüş vaxtı açıqlandı

Elmar Məmmədyarov erməni həmkarı ilə oktyabrın 27-də Parisdə görüşəcək



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə nəzərdə tutulan görüşünün dəqiq vaxtı məlum olub.
AzNews.az-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 27-də Parisdə erməni həmkarı Edvard Nalbandyanla görüşəcək. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirakı nəzərdə tutulub.

Vasif Həsənli
AzNews.az