KXCP-dən daha bir qopma

AzNews.az-ın məlumatına görə, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin üzvü Xatirə Muradova "Demokratik Birlik" fraksiyasına dəstək bəyanatı verib.
Bəyanatı olduğu kimi təqdim edirik:

"Son dövrlər ölkədə gedən ictimai-siyasi proseslər və KXCP-dəki mövcud vəziyyət "Demokratik Birlik" Fraksiyasının yaranmasını labüdləşdirdi. Partiyanın ölkədəki siyasi proseslərdən kənarda durması, passiv mövqe tutması təşkilatdakı mütərəqqi və demokratik düşüncəli insanları milli maraqları qrup və şəxsi maraqlardan üstün tutub bu addımı atmağa vadar etdi. KXCP Yasamal rayon şöbəsindən seçilmiş Ali Məclis üzvü kimi "Demokratik Birlik" fraksiyasının yaradılmasını istər partiyanın inkişafı, istərsə də müxalifət düşərgəsində demokratik dəyərlərin və birliyin daha da güclənməsi baxımından müsbət hal olduğunu düşünürəm. Bundan sonrakı fəaliyyətimi "Demokratik Birlik" fraksiyasında davam etdirəcəyimi bəyan edirəm".

İlkin Pirəli
AzNews.az