Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilər məntəqədən uzaqlaşdırılıblar. Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilər məntəqədən uzaqlaşdırılıblar.

YAP-ın namizədi bəyanat yaydı

Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilər məntəqədən uzaqlaşdırılıblar.



Bu barədə Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızının vəkili Vaqif Qələndərli məlumat verib. Onun sözlərinə görə,bugün səsvermə zamanı 21-ci Dairənin 27, 26, 11, 4-cü məntəqələrində müstəqil namizəd Tural Abbaslını və Umid Partiyasının namizədi olan Günül Səfərovanı təmsil edən müşahidəçilər səsvermənin başladığı ilk saatlardan seçki prosesinə mane olaraq, seçicilərdən məntəqəyə hətta daxil olmağa imkan verməyərək onlardan şəxsiyyət vəsiqəsi tələb ediblər və şəxsiyyət vəsiqələrini təqdim etmədikləri halda səsverməyə buraxmayacaqları ilə hədələyiblər:

"Bundan əlavə seçicilərin əllərindən bülletenlərini almağı cəhd edərkən digər seçicilər buna imkan verməyib. Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günül Səfərovanı təmsil edən müşahidəçilərinə dəfələrlə xəbərdarlıq edilsə də onlar müşahidəçilik səlahiyyətlərini aşaraq, kobud hərəkətləri ilə azad, şəffaf səsvermə mühitini pozublar. Onların bu hərəkətləri ilə bağlı protokol tərtib edilib. 21-ci Dairə üzrə 19 saylı məktəbdə yerləşən məntəqədə onlara protokol yazıldıqdan sonra məntəqədən uzaqlaşdırılıb. Lakin onlar məntəqənin həyətində yenə də secicilərin səsvermə proseslərinə maneçiliklər yaratmağa çalışıblar"

Qafqazinfo.az