“Seçki məntəqələrində və ətrafında heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər beynəlxalq standartlara uyğun olaraq tam demokratik və şəffaf şəraitdə keçirilib”. “Seçki məntəqələrində və ətrafında heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər beynəlxalq standartlara uyğun olaraq tam demokratik və şəffaf şəraitdə keçirilib”.

“Azərbaycan demokratiyaya doğru daha bir addım atdı” - Almaniyalı müşahidəçi

“Seçki məntəqələrində və ətrafında heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər beynəlxalq standartlara uyğun olaraq tam demokratik və şəffaf şəraitdə keçirilib”.


AzNews.az xəbər verir ki, bunu Almaniyanın Seçkiləri Müşahidə Qrupunun rəhbəri Eduard Lintner Hilton otelində keçirdiyi mətbuat konfransı zamanı deyib. O deyib ki, ki, Almaniya nümayəndə heyətinin fikrincə, seçkilər dövlətin qanunlarına uyğun keçirilib: "Azərbaycan seçkilərdə beynəlxalq demokratik standartlara doğru növbəti addım atdı. Seçki bülletenlərində namizədlər haqqında qısa məlumat verilmişdi. Bu heç şübhəsiz seçicilərin işini asanlaşdırdı. Onlar rahat şəkildə namizədlərin kimliyi, fəaliyyəti ilə bağlı rahat məlumat ala bilirdilər. Apardığımız müşahidələrə əsaslanıb deyə bilərik ki, seçkilərin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. Parlament seçkiləri demokratik və şəffaf keçirilib. Ölkəniz bununla demokratik standartlara doğru daha bir addım atıb".

Qeyd edək ki, Almaniyanın Seçkiləri Müşahidə Qrupu 11 nəfərdən ibarət tərkibdə olub və qrupa Almaniya Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq deputatlar, Almaniya Federal Hökumətinin və Bavariya Əyalət Hökumətinin sabiq deputatları daxildir.

Sevinc