Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus İohannisə başsağlığı verib. Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus İohannisə başsağlığı verib.

İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus İohannisə başsağlığı verib.


AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".