İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi - Fərman

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1407-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


AzNews.az xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1407-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547,560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138,141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110,1116,1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692, 698, № 11, maddələr 1097, 1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658, № 8, maddələr 892, 894, 907, № 9, maddələr 1042, 1057, 1058; 2014, № 2, maddələr 105, 112, № 4, maddələr 358, 364, № 5, maddə 477, № 6, maddə 634, № 7, maddələr 807, 815, № 9, maddələr 1027,1032, № 10, maddə 1189, № 11, maddə 1378, № 12, maddə 1565; 2015, № 2, maddə 141, № 5, maddə 535, № 6, maddələr 696, 702, № 7, maddələr 826, 841, № 8, maddələr 906, 911; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 oktyabr tarixli 641 nömrəli, 14 oktyabr tarixli 645 və 646 nömrəli fərmanları) 3.3-cü bəndində "152-3-cü" sözləri "152-3.1–152-3.4-cü" sözləri ilə, "152-5-ci" sözləri "152-5.1–152-5.4-cü" sözləri ilə əvəz edilsin".

Bundan əlavə Prezident İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edib:


"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236, № 4, maddələr 326, 345, № 5, maddə 466, № 6, maddələr 599, 619, 621, № 7, maddələr 765, 776, 781, № 10, maddə 1147, № 11, maddə 1363; 2015, № 2, maddələr 80, 94, 106, № 3, maddə 258; № 4, maddələr 340, 344, 349, 353, 356, 360; № 5, maddələr 505, 506, 509, № 6, maddələr 679, 691) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 150-6-cı maddə əlavə edilsin:

"Maddə 150-6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsi

Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.".

1.2. Aşağıdakı məzmunda 152.5 - 152.7-ci maddələr əlavə edilsin:

"152.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə -

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152.6. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152.7. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.".

1.3. Aşağıdakı məzmunda 152-1.5 - 152-1.7-ci maddələr əlavə edilsin:

"152-1.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-1.6. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-1.7. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.".

1.4. Aşağıdakı məzmunda 152-2.4 və 152-2.5-ci maddələr əlavə edilsin:

"152-2.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-2.5. Bu Məcəllənin 152-2.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.".

1.5. 152-3-cü maddə üzrə:

1.5.1. 152-3.3-cü maddədə "zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə" sözləri "zərər çəkən şəxsə fiziki və ya" sözləri ilə əvəz edilsin;

1.5.2. aşağıdakı məzmunda 152-3.4 - 152-3.6-cı maddələr əlavə edilsin:

"152-3.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

152-3.5. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

152-3.6. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.".

1.6. 152-4-cü maddə üzrə:

1.6.1. 152-4.3-cü maddədə "zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə" sözləri "zərər çəkən şəxsə fiziki və ya" sözləri ilə əvəz edilsin;

1.6.2. aşağıdakı məzmunda 152-4.4 - 152-4.6-cı maddələr əlavə edilsin:

"152-4.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.

152-4.5. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

152-4.6. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.".

1.7. 152-5-ci maddə üzrə:

1.7.1. 152-5.3-cü maddədə "zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə" sözləri "zərər çəkən şəxsə fiziki və ya" sözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 152-5.4 - 152-5.6-cı maddələr əlavə edilsin:

"152-5.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

152-5.5. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat miqdarında cərimə edilir.

152-5.6. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min beş yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.".

1.8. 166.3-cü maddə ləğv edilsin.

1.9. Aşağıdakı məzmunda 296-1.3-cü maddə əlavə edilsin:

"296-1.3. Bu Məcəllənin 296-1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.".

1.10. 360.1-ci maddədə "152.4" rəqəmləri "152.4-152.7" rəqəmləri ilə əvəz edilsin, "150-5.1," rəqəmlərindən sonra "150-6," rəqəmləri, "152-2," rəqəmlərindən sonra "152-3.5, 152-3.6, 152-5.5, 152-5.6," rəqəmləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir".