Millət vəkili: “...ayağımıza qıfıl vurmalı olacağıq”

"Ölkədə barış olmalıdır. Hər şey islahatlar yolu ilə həll edilməlidir". Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

O qeyd edib ki, aksiyada sonuc maraqlıdır: "İştirakçı törətdiyi hadisəyə uyğun cəzalandırılmalıdır. Mitinq iştirakçılarına böyük məbləğdə cərimələrin tətbiq olunması düzgün deyil. Söhbət lokal aksiyalardan getmir. Elə ola bilər ki, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı cəmiyyətin müəyyən etirazları ola bilər. Belə olan halda ayağımıza qıfıl vurmalı olacağıq.

Buna görə də cərimələrin artırılmasının səhv olduğunu düşünürəm. Mövqeyimi parlamentin iclasında da bildirəcəyəm.

F.Quliyev İctimai Palatanın parlamentin qarşısında keçirəcəyi etiraz aksiyasına da münasibət bildirib: "Azərbaycanda fikir, düşüncə, proqram, təklif davası aparmaq lazımdır. Müəyyən təşkilatlar, qurumlar fikirlərini parlamentə ünvanlaya bilərlər. Bu da orada öz növbəsində müzakirə olunacaq. Parlamentin qarşısına toplaşmaqla nəyisə dəyişmək düzgün deyil".

İlkin Pirəli
AzNews.az