Ümid Partiyası Güney Azərbaycanda baş verənlərlə bağlı bəyanat yayıb. Ümid Partiyası Güney Azərbaycanda baş verənlərlə bağlı bəyanat yayıb.

Azərbaycanlıların İrandakı aksiyası ilə bağlı – Bəyanat

Ümid Partiyası Güney Azərbaycanda baş verənlərlə bağlı bəyanat yayıb.


AzNews.az xəbər verir ki, partiya yaydığı bəyanatda Tehran hökumətini tezliklə bu diskriminasiya hallarına son qoymağa, eləcə də dünən öz təbii haqları uğrunda etiraz edərkən həbs olunan soydaşlarımızı dərhal azad etməyə, beynəlxalq qurumları da bu olaya seyrçi qalmamağa çağırır.

Bəyanatın mətnini təqdim edirik:

"Noyabrın 9-da Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr və başqa şəhərlərində son günlər İran televiziyasında Azərbaycan türklərinə qarşı hörmətsizliyə etiraz olaraq kütləvi aksiyalar keçirilib, soydaşlarımız bir daha milli ayrı-seçkiliyi qınamaq üçün dinc nümayişlərə çıxıb. Təəsüflər olsun ki, bu aksiyalarda etirazçılar polis və təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla üzləşib, çoxlu sayda soydaşımız yaralanmış, həbs olunmuş və müxtəlif təzyiqlərlə üzləşiblər. Güney Azərbaycandan daxil olan bu xəbərlər bizləri də nigaran edib. Tehran hökumətini tezliklə bu diskriminasiya hallarına son qoymağa, eləcə də dünən öz təbii haqları uğrunda etiraz edərkən həbs olunan soydaşlarımızı dərhal azad etməyə, beynəlxalq qurumları da bu olaya seyrçi qalmamağa çağırırıq".

Bahar RÜSTƏMLİ
AzNews.az