- Köhnə - Siyasət
- 29 Oktyabr 2012 06:04
- 2 421
Ukraynada hökumət dəyişmədi

Exit-polun nəticələrinə görə, ən çox səsi hazırda iqtidarda olan "Regionlar" Partiyası qazanıb, ikinci yerdə isə Yulia Timoşenkonun "Batkivşina" (Anavətən) partyası q’rarlaşıb. Ötən gün baş nazir Mikola Azarov keçirdiyi mətbuat konfransında bildirib ki, nəticələr rəsmi olmasa da, "Regionlar" partiyasının qələbəsi açıq görünür: "Xalq üzərimizdəki məsuliyyətin böyüklüyünü anlayaraq, bizə zaman verib".
Açıqlamadan sonra M.Azarov mətbuat nümayəndələrinin suallarını sərt bir şəkildə rədd edib. Baş nazirin köməkçisi Boris Kolesnikov bir daha Kommunist partiyası ilə birgə fəaliyyət göstərəcəklərini bildirib: "Kommunist partiyası bizim proqramımızı gördü, hansı prinsiplərimizin olduğu da bilinir. Qapılarımız da hər zaman açıqdır".
Qeyd edək ki, seçkilərin nəticələrinin rəsmi olaraq açıqlanması 15 günə gözlənilir.
Ülviyyə Tahirqızı
AzNews.az