“Ədliyyə Nazirliyi haqlı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini və Əli Kərimlinin yenidən partiyaya sədr seçilməsi ilə bağlı sənədləri geri qaytarıb”. “Ədliyyə Nazirliyi haqlı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini və Əli Kərimlinin yenidən partiyaya sədr seçilməsi ilə bağlı sənədləri geri qaytarıb”.

Nazirliyin Əli Kərimliyə “yox” deməsinə - Razi Nurullayevdən reaksiya

“Ədliyyə Nazirliyi haqlı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini və Əli Kərimlinin yenidən partiyaya sədr seçilməsi ilə bağlı sənədləri geri qaytarıb”.


AzNews.az xəbər verir ki, bunu AXCP "Etimad qurultayı"nın sədri Razi Nurullayev məsələyə münasibət bildirərkən deyib.

Partiya sədri əsl AXCP-ni onların təmsil etdiyini qeyd edib: "Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Əsl AXCP-ni biz təmsil edirik. Əli Kərimli artıq Azərbaycan siyasətində unudulmuş birisidir. Özü deyib özü eşidir. Xalq uğursuz və nəticəsiz siyasətçiləri sevmir. Əsl AXCP, Əbülfəz Elçibəyin ruhunun olduğu AXCP-ni biz təmsil edirik. Əli Kərimliyə təklif edirəm ki, siyasətdən getdiyini açıqlasın. Bəlkə 2016-cı ilə az da olsa hörməti qalar. Siyasətə gəlməyi bacaran adam zamanında da getməyi bacarmalıdır".

Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib. AXCP-nin qanuni yolla seçilmiş sədri Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və 18 oktyabr da qurultay keçirərək bununla bağlı sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.

Sevinc