İran və erməni lobbisi razılığa gəldi İran və erməni lobbisi razılığa gəldi

Azərbaycanlıların soyqırım məzarlığı dağıdılacaq - QƏRAR - FOTO

İran və erməni lobbisi razılığa gəldi



İranın Qərbi Azərbaycan vilayətinin Urmu şəhərində bu günlərdə məktəb tikintisi zamanı aşkarlanan, ermənilər tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın toplu məzarlığı dağıdılacaq. Bu bərədə qərarı Urmu şəhərinin Mədəni İrsi Qoruma İdarəsi verib.

Qərbi Azərbaycan vilayətində yayımlanan yerli kanalın məlumatına görə, idarənin əməkdaşları toplu məzarlığın heç bir tarixi əhəmiyyətinin olmadığı qənaətinə gəliblər.

Məzarlıq aşkar edildikdən iki gün sonra ekspertlərin bu qərara gəlməsi, ancaq qərarın daha gec açıqlanması araşdırmanın ümumiyyətlə aparılmaması qənaətini yaradır.

Bəzi mütəxəssislərin fikrincə, məzarlıq 1918-ci ildə törədilən Ciloluq soyqırımının qurbanlarına aiddir. Həmin soyqırım Urmu, Xoy, Salmas və Güney Azərbaycanın bir neçə şəhərində erməni və asurilər tərəfindən törədildiyi, 500 minə qədər insanın öldürüldüyü bildirilir.

Məzarlıq aşkar edildikdən sonra arxeoloq Rza Heydəri ərazidə yanğının olduğunu istisna etməmışdi. Bu isə kül və bəzi sümüklərin yanması ilə izah edilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl "BayBək" saytı toplu məzarlığın dağıdılması ilə bağlı İran və erməni lobbisi arasında danışıqların aparıldığını bildirmişdi.

Alpər Oğuz
AzNews.az
image description image description