Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Seçkilərlə bağlı yekun sənədlər Konstitusiya Məhkəməsinə təqdim edildi

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.


MSK bugünkü iclasda noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

Daha sonra MSK üzvləri seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının, onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Trend.az